ELM VƏ TƏHSİL


Bakıda türkiyəli rəssamların “İzlər” adlı qrup sərgisi açılıb

Bakı, 18 aprel, P.İmanova, AZƏRTAC 

Aprelin 18-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) muzey-sərgi kompleksində türkiyəli rəssamların “İzlər” adlı qrup sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən prorektor Azad Zeynalov sərginin Rəssamlıq Akademiyasının və Türkiyənin Tekirdağ şəhərində fəaliyyət göstərən “Baku Art” qalereyasının birgə təşəbbüsü ilə reallaşdırıldığını söyləyib. Bildirib ki, sərginin əsas təşkilatçıları Trakya Universitetinin dekanı, professor Melihat Tüzün və “Baku Art” qalereyasının rəhbəri Elvira Allahyarova Yüksəldir. Ümumilikdə sərgidə 19 türkiyəli rəssamın müxtəlif janr və texnikalarda işlənmiş 60-dan çox əsəri nümayiş olunur.

Diqqətə çatdırılıb ki, tədbir çərçivəsində, həmçinin Melihat Tüzünin əsərlərindən ibarət “Sahildə” fərdi sərgisi təşkil olunub. Sərgidə türkiyəli rəssamın müxtəlif texniki üsullarla işlənmiş 30-dan çox əsəri nümayiş olunur.

Professor Melihat Tüzün və Elvira Allahyarova Yüksəl sərginin təşkilinə görə ADRA-nın rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Qeyd edilib ki, sərginin əsas məqsədi iki dövlət arasında mədəni əməkdaşlığı genişləndirmək, ortaq milli dəyərləri təbliğ etmək, onlara sahib çıxmaq və qrafikaya - kağızın sənətdə yeri və önəminə diqqəti cəlb etməkdir. Nümayiş olunan əsərlər müxtəlif üslub və motivləri əhatə etsə də, əsərlərdə insan və cəmiyyətin problemlərini əks etdirən süjet xətti də yer almaqdadır.

Qeyd edək ki, sərgidə Melihat Tüzün, Mustafa Cevat Atalay, Şebnem Çayıroğlu, Cemile Tuna, Ayşe Anıl, Nurcan Perdahcı, Suna Özgürkaraalan, Elvira Allahyarova, Semir Avdic, Sakine Düzce və başqalarının rəsm işləri nümayiş olunur. Ekspozisiyada sərgilənən əsərlər müasir türk rəssamlarının qrafika sənətindəki uğurlarını əks etdirir.

“İzlər” sərgisi aprelin 21-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.