CƏMİYYƏT


Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir

Bakı, 15 noyabr, AZƏRTAC 

Azərbaycanda noyabrın 16-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 5-9°, gündüz 12-14° isti, Bakıda gecə 6-8°, gündüz 12-14° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi normadan yüksək - 767 millimetr civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Noyabrın 16-da Azərbaycanın rayonlarının bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-9°, gündüz 10-15° isti, dağlarda gecə 4° şaxtadan 1°-dək isti, gündüz 2-6° isti olacağı bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.