CƏMİYYƏT
Bakıda və Abşeron yarımadasında günəşli, bölgələrdə yağmursuz hava şəraiti gözlənilir
Bakı, 4 avqust, AZƏRTAC
Azərbaycanda avqustun 5-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında havanın günəşli olacağı ehtimal edilir. Zəif şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 23-26°, gündüz 34-38° isti, Bakıda gecə 24-26°, gündüz 35-37° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti olacaq.
Tibbi-meteoroloji xəbərdarlığa əsasən, avqustun 5-dən 10-dək Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun və bürkülü hava şəraiti fonunda isti temperatur diskomfortu gözlənilir ki, bu da əhali, xüsusən meteohəssas insanlar üçün çox əlverişsiz olacaq. Gündüz saatlarında uzun müddət açıq havada olmaq məsləhət deyil.
Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 20-25°, gündüz 35-40° isti, dağlarda gecə 15-20°, gündüz 27-32° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında hava günəşli olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 21-26°, gündüz 35-40°, bəzi yerlərdə 42° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Mülayim şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturunun gecə 15-20°, gündüz 27-32° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın günəşli olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturunun gecə 20-25°, gündüz 35-40° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 19-24°, gündüz 33-38° isti, dağlarda gecə 13-18°, gündüz 25-30° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava günəşli olacaq. Mülayim şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturunun gecə 20-25°, gündüz 35-40° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmursuz keçəcək. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 22-24°, gündüz 33-38° isti, dağlarda gecə 15-20°, gündüz 26-31° isti olacağı gözlənilir.
Sinoptiklərin xəbərdarlığına əsasən, Bakıda və Abşeron yarımadasında avqustun 5-dən birinci ongünlüyün sonunadək havanın maksimal temperaturunun 35-39°, bəzi günlərdə 41° isti olacağı gözlənilir. Avqustun 5-dən birinci ongünlüyün sonunadək ölkə ərazisində hava şəraitinin isti keçəcəyi ehtimalı var. Maksimal hərarətin 35-40°, Naxçıvan Muxtar Respublikasında və Mərkəzi Aran rayonlarında bəzi günlərdə 43°, dağlıq rayonlarda isə 29-34° isti olacağı gözlənilir.