CƏMİYYƏT
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir
Bakı, 28 yanvar, AZƏRTAC
Azərbaycanda yanvarın 29-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3°, gündüz 6-9° isti, Bakıda gecə 1-3°, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 766 millimetr civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, yanvarın 29-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə havanın yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 18°-dək şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı ehtimal edilir.