CƏMİYYƏT


Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır

Bakı, 1 avqust, AZƏRTAC

Azərbaycanda avqustun 2-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25°, gündüz 32-36° isti, Bakıda gecə 23-25°, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 758 millimetr civə sütunu, nisbi rütubət 60-70, gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəzlənəcək.

Dəniz suyunun temperaturunun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 24-25°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26° isti olacağı gözlənilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, avqustun 2-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-24°, gündüz 32-37° isti, dağlarda gecə 8-13°, gündüz 15-20° isti olacağı ehtimal edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.