CƏMİYYƏT
Bakıda və Abşeron yarımadasında havanın çirklənməsi ötən günlərlə müqayisədə xeyli azalıb
Bakı, 19 mart, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri atmosfer havasının keyfiyyətinə nəzarət məqsədilə növbəti monitorinqi martın 18-19-da keçiriblər.
Bakı və Abşeron yarımadasında keçirilən monitorinqlər havanın çirklənməsinin ötən günlərlə müqayisədə yetərincə azaldığını göstərib. Havada azot, karbon və kükürd oksidlərinin, eləcə də toz hissəcikləri və karbohidrogenlərin miqdarı xeyli azalıb.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında nazirliyin şöbə müdiri Rasim Səttarzadə bildirib.
O qeyd edib ki, əvvəlki göstəricilərlə müqayisədə son iki günün göstəriciləri çirkləndiricilərin 40-50 faiz azaldığını deməyə əsas verir: “Havanın təmiz olmasına səbəb son günlər paytaxtda nəqliyyat vasitələrinin hərəkətinin azalması və ictimai-iaşə obyektlərinin fəaliyyətinin məhdudlaşdırılmasıdır”.
Nazirliyin şöbə müdiri qeyd edib ki, son üç gündə ölkə ərazisində şimal, şimal-qərb küləyinin əsməsi və əlverişli nisbi rütubət də çirkləndirici qaz qarışıqlarının intensiv səpələnməsinə şərait yaradıb və havanın keyfiyyətinə müsbət təsir edib. Bu gün səhər saatlarında havada oksigenin miqdarı da nəzərəçarpacaq dərəcədə artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:27]
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
- 27.08.2023 [23:39]
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
- 27.08.2023 [17:31]
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
- 27.08.2023 [13:00]
Sabahın hava proqnozu açıqlanıb
- 26.08.2023 [17:00]
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir
- 26.08.2023 [11:04]
Qeyri-sabit, yağıntılı hava şəraiti avqustun 27-si səhərədək davam edəcək
- 25.08.2023 [22:32]
Paytaxt havasında dəm qazının miqdarı normanı ötüb
- 25.08.2023 [22:23]