CƏMİYYƏT


Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı gözlənilir

Bakı, 16 oktyabr, AZƏRTAC

Azərbaycanda oktyabrın 17-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-16° isti, gündüz 21-23° isti olacaq. Bakıda gecə 14-16° isti, gündüz 20-22° isti olacaq. Atmosfer təzyiqi 768 millimetr civə sütunundan 761 millimetr civə sütununa enəcək. Nisbi rütubət 60-70 faiz olacaq.

Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-7° isti, gündüz 8-13° isti olacaq.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 23-28° isti olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən və Gədəbəy rayonlarında hava əsasən yağmursuz. Gecə və səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz. Lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 10-15° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Füzuli rayonlarında hava əsasən yağmursuz. Lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 18-23° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında

hava əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 16-21° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacaq.

Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz. Lakin gündüz bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var.

Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gün ərzində bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Dağlarda duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-15° isti, gündüz 18-23° isti, dağlarda gecə 9-11° isti, gündüz 15-17° isti olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.