CƏMİYYƏT


Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi saniyədə 30-35 metrədək şiddətlənib

Bakı, 17 yanvar, AZƏRTAC 

Yanvarın 17-si saat 09:00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyi arabir saniyədə 30-35 metrədək şiddətlənib. Dalğanın hündürlüyü Günəşli yatağında 4,8 metrə çatıb.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahdan məlumat verilib.

Məlumata görə, respublikanın əksər rayonlarında, eyni zamanda paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4-5 dərəcəyə bərabərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.