CƏMİYYƏT


Bakıda və Abşeron yarımadasında tozun miqdarı sanitar normanı 52 faiz ötüb

Bakı, 23 avqust, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.

Departamentdən AZƏRTAC-a bildirilib ki, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, avqustun 23-də Bakıda və Abşeron yarımadasında tozun miqdarının saat 18:00-da bir qədər də artaraq sanitar normadan 52 faiz yuxarı olduğu qeydə alınıb.

Xatırladaq ki, atmosfer havasında tozun miqdarı saat 09:00-da 20 faiz, saat 12:00-da 32 faiz, saat 15:00-da isə 40 faiz sanitar normadan yuxarı olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.