CƏMİYYƏT


Bakıda və Sumqayıtda şimal-qərb küləyi saniyədə 35-40 metrədək güclənib

Bakı, 5 avqust, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, avqustun 5-də səhərdən başlayaraq Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir.

Departamentdən AZƏRTAC-a bildiriblər ki, külək Bakıda və Sumqayıtda 35-40, Qum adasında 34, Maştağada 35 , Pirallahıda 24, Çilov adası, Binə və Ələtdə 28, Zabratda 22, Neft Daşlarında 27 metr/saniyəyədək güclənib. Dənizdə dalğanın hündürlüyü 6,5 metrə çatıb.

Bölgələrə gəlincə, qərb küləyinin sürəti Naftalanda 34, Tərtərdə 32, Neftçalada 30, Bərdə, Zərdab, Tovuzda 22, Yevlax, Nabran, Gəncədə 20, Mingəçevirdə 19, Ağdam, Ağstafa, Xaçmazda 18 metr/saniyəyə bərabər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.