İQTİSADİYYAT


Bakıda və magistral avtomobil yollarında yerüstü piyada keçidlərinin tikintisi üzrə işlərin gedişatı açıqlanıb

Bakı, 4 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyevin vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində göstəriş və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən kompleks tədbirlər həyata keçirilir.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu tədbirlər çərçivəsində Bakı şəhərində və magistral avtomobil yollarının paytaxta yaxın ərazidən keçən hissələrində yaşayan vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə bir neçə yerdə yerüstü piyada keçidlərinin inşası aparılır.

Bakı şəhəri üzrə

- Heydər Əliyev adına Beynəlxalq Hava Limanı-Mərdəkan-Qala yolunda piyada keçidinin tikinti-quraşdırma işlərinin 85 faizi;

- Heydər Əliyev adına Beynəlxalq Hava Limanı-Mərdəkan-Zuğulba avtomobil yolunda piyada keçidinin tikinti-quraşdırma işlərinin 12 faizi;

- Zığ yolunda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yanında piyada keçidinin tikinti-quraşdırma işlərinin 18 faizi;

- Xocasən-Lökbatan yolu, Xocasən elektrik stansiyasının qarşısında piyada keçidinin tikinti-quraşdırma işlərinin 15 faizi artıq tamamlanıb.

Respublika əhəmiyyətli avtomobil yollarının yaşayış məntəqələrindən keçən hissələrində

- M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 14,9-cu kilometrliyində piyada keçidinin tikintisi yekunlaşıb. Keçidin uzunluğu 40,5 metr, eni 3,5 metr, hündürlüyü 5,5 metr təşkil edir.

- M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 18,5-ci kilometrliyində piyada keçidinin tikinti-quraşdırma işlərinin 80 faizi;

- M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 20,2-ci kilometrliyində piyada keçidinin tikinti-quraşdırma işlərinin 40 faizi;

- M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 25-ci kilometrliyində piyada keçidinin tikinti-quraşdırma işlərinin 80 faizi;

- M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 21-ci kilometrliyində piyada keçidinin tikinti-quraşdırma işlərinin 15 faizi;

- M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 46,9-cu kilometrliyində piyada keçidinin tikinti-quraşdırma işlərinin 20 faizi;

- M-2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 25,3-cü kilometrliyində piyada keçidinin tikinti-quraşdırma işlərinin 45 faizi görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.