İQTİSADİYYAT


Bakıda və regionlarda ət kəsimi məntəqələri açılacaq

Bakı, 17 mart, Ramiz Quliyev, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi qanunsuz ət kəsimi məsələsi ilə əlaqədar ölkə ərazisində monitorinq keçirib. Monitorinqlə əlaqədar müəyyənləşdirilib ki, Azərbaycanda 111 baytarlıq sanitar-ekspertiza laboratoriyaları mövcuddur.

Bu sözləri Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Media və təhlükəsiz qida” mövzusunda keçirilən görüşdə deyib.

Hazırda agentlik tərəfindən qanunsuz ət kəsiminin qarşısının alınması məqsədilə konkret tədbirlərin görüldüyünü deyən Q.Təhməzlinin fikrincə, bu məsələ inzibati qaydada həll edilə bilməz. Əgər belə olarsa, müvəqqəti kampaniya xarakteri daşıyacaq. “Paytaxtda və regionlarda icra hakimiyyətlərinin rəhbərləri ilə görüşlər keçirmişik. Hər bir rayonun əhalisinə və təsərrüfatlarının sahəsinə görə modul tipli kəsim məntəqələri açılacaq. Eyni zamanda, ölkədə neçə kəsim məntəqəsinə ehtiyacın olduğu müəyyənləşdiriləcək və bu məntəqələr ekspertiza laboratoriyaları ilə təmin ediləcək”, - deyə Q.Təhməzli bildirib.

Agentliyin sədri qeyd edib ki, iri və xırdabuynuzlu heyvan və quş kəsimləri yalnız sözügedən kəsim məntəqələrində həyata keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.