İDMAN


Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatının ikinci gününə start verilib

Bakı, 6 iyun, AZƏRTAC

İyunun 6-da Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatının ikinci gününə start verilib. Dünya çempionatında 43 ölkədən 1500-dək velosipedçi birincilik uğrunda mübarizə aparır.

AZƏRTAC xəbər verir ki, mundialın ikinci günündə yeniyetmə (Challenge) və həvəskarlar arasında daha bir neçə kateqoriyada qaliblər müəyyənləşəcək.

Dünya çempionatında Azərbaycan 8 idmançı ilə təmsil olunur. “Challenge” kateqoriyasında yarışacaq velosipedçilərdən Xəyal İbrahimov, Soltan İsrafilov və Justinas Pavlovas bu gün mübarizəyə qoşulacaqlar. İyunun 7-də Orxan Məmmədov, Vüqar Nəsibov, Kənan Babayev və Yelmar Şahmarzadə çıxış edəcəklər. Elit kateqoriyasında yarışacaq Aqşin İsmayılov isə iyunun 8-də start xəttinə çıxacaq.

Azərbaycan indiyədək Olimpiya idman növü olan güləş, boks və bədii gimnastika üzrə dünya çempionatlarına uğurla ev sahibliyi edib. Velosiped idmanının Olimpiya növü olan BMX üzrə bu mundial isə Azərbaycanda keçirilən sayca dördüncü dünya çempionatıdır.

Çempionatın keçirildiyi BMX stadionu 2014-cü ildə tikilib və burada ilk Avropa Oyunlarının BMX üzrə velosiped yarışları təşkil olunub. Lakin 2016-cı ildə Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) BMX stadionlarının standartlarını dəyişib. Trekin uzunluğu, eni, döngələrin hündürlüyü artırılıb, maneələrin konfiqurasiyası dəyişdirilib.

Qeyd edək ki, çempionatın birinci günündə yeniyetmələr (“Challenge”), həvəskarlar və veteranlar arasında 14 yaş kateqoriyası üzrə qaliblər müəyyənləşib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.