MƏDƏNİYYƏT


Bakıda violin ifaçılarının beynəlxalq müsabiqəsi keçirilir

Bakı, 6 fevral, AZƏRTAC

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) görkəmli violin ifaçısı, pedaqoq, ictimai xadim Azad Əliyevin 90 illiyi münasibəti ilə violin ifaçılarının birinci beynəlxalq müsabiqəsinin açılış mərasimi olub.

BMA-dan AZƏRTAC-a bildirilib ki, müsabiqənin ideya müəllifi, təşkilatçısı BMA-nın professoru, Azad Əliyevin tələbəsi, professor Məleykə Əhədzadədir.

Müsabiqənin münsiflər heyəti arasında Xalq artistləri, professorlar Zəhra Quliyeva, Şəhla İbrahimova, Əməkdar incəsənət xadimi, professor Nəzmiyyə Abbaszadə, digər iştirakçı ölkələr – Türkiyə, Qazaxıstan, İsrail və Özbəkistandan olan nümayəndələr də var. Müsabiqə fevralın 9-dək Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında davam edəcək. Müsabiqəyə ölkəmizlə yanaşı, Özbəkistan, Ukrayna, Qazaxıstan və Rusiyadan iştirakçılar qatılıb. Müsabiqə violin solo, violin duet, kamera ansamblı və konsertmeysterlik ustalığı olmaqla dörd nominasiya üzrə keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.