MƏDƏNİYYƏT
Bakıda xalq çalğı alətləri ifaçılarının birinci respublika müsabiqəsi keçirilir
Bakı, 26 noyabr, AZƏRTAC
Noyabrın 26-da Azərbaycan Milli Konservatoriyasında (AMK) Xalq artisti Hacı Xanməmmədovun anadan olmasının 100 illiyinə həsr edilmiş xalq çalğı alətləri ifaçılarının birinci respublika müsabiqəsinə start verilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə təhsil ocağının rektoru, Xalq artisti Siyavuş Kərimi çıxış edərək müsabiqənin əhəmiyyətindən söz açıb. Qeyd edib ki, müsabiqə instrumental ifaçılıqda yeni addımdır və milli musiqi ifaçılığına öz müsbət töhfələrini verəcək. Bu müsabiqə ilə yeni gənc ifaçıları azad yaradıcılıq həyatına istiqamətləndirəcəyik.
İnstrumental ifaçılıq (tar, kamança, qanun və milli nəfəs alətləri) üzrə 2 yaş qrupundan (16-19, 19-25) ibarət olan müsabiqə noyabrın 26-dan 30-dək iki mərhələ üzrə keçiriləcək.
Müsabiqənin məqsədi gənc nəslin estetik tərbiyəsinin, ümumi musiqi zövqünün formalaşması, onların yaradıcılıq imkanlarının inkişaf etdirilməsi, ifaçılıq qabiliyyətinin yüksəldilməsi və təkmilləşdirilməsindən ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:06]
“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub
- 19.04.2024 [15:52]
Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...
- 19.04.2024 [15:37]
Əməkdar incəsənət xadimi Məmmədağa Umudovla görüş
- 19.04.2024 [14:28]
Naxçıvanda “Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edib
- 19.04.2024 [12:52]
“Cırtdan” balacaları Şuşa Teatrında qarşılayacaq
- 19.04.2024 [11:41]
AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov
- 19.04.2024 [11:31]