MƏDƏNİYYƏT


Bakıda xeyriyyə konserti olub

Bakı, 9 fevral, Flora Şükürova, AZƏRTAC

Fevralın 9-da A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının nəzdində olan “Oyuq” teatr-studiyasının yaradıcı gənc və yeniyetmələrinin iştirakı ilə xeyriyyə konserti təqdim olunub.

AZƏRTAC xəbər verir ki, “Sən bir nəğməsən” adlı konsert proqramında studiyanın istedadlı vokalçıları ilə yanaşı, Azərbaycan estradasının məşhur müğənniləri də bir-birindən parlaq ifalar səsləndiriblər.

Zəngin proqramlı konsertdə 19 yaşlı vokalçı Dinara Mahmudova da çıxış edib. Vətənində ilk dəfə səhnəyə çıxan bu istedadlı gəncimiz Rusiya və bir sıra Avropa ölkələrində keçirilən vokal müsabiqələrinin laureatı, Praqa Konservatoriyasının klassik vokal üzrə tələbəsidir.

R. Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında reallaşan musiqili axşamda çıxış edən studiya yetirmələri Azərbaycan estrada musiqisi inciləri ilə yanaşı, dünyaca məşhur hitlərə müraciət ediblər. Konsert maraqla qarşılanıb.

Konsertdə paytaxtımızda fəaliyyət göstərən uşaq sığınacaqları, azyaşlıların yardım və inteqrasiya mərkəzləri, təşkilat və cəmiyyətlərin üzvü olan uşaqlar da iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.