İDMAN


Bakıda yeniyetmələr arasında atletika üzrə Azərbaycan çempionatı keçiriləcək

Bakı, 13 iyun, AZƏRTAC

İyunun 14-15-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda 2004-2005-ci il təvəllüdlü yeniyetmələr arasında atletika üzrə Azərbaycan çempionatı keçiriləcək. Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atletika Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə keçiriləcək turnirdə qızlar və oğlanlar iştirak edəcəklər.

AAF-dan AZƏRTAC-a bildiriblər ki, çempionatda 80-dək atlet birincilik uğrunda mübarizə aparacaq. Atletlər qaçışın 7 (100, 200, 400, 800, 1500, 3000, 4x200 metr, estafet) növü üzrə məharətlərini göstərəcəklər. Bundan başqa, idmançılar uzunluğa, hündürlüyə, üçtəkanlı tullanma, nüvəitələmə, nizəatma və lövhəatma yarışlarında da mübarizə aparacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.