İDMAN


Bakıda yeniyetmələr arasında boks üzrə beynəlxalq turnir davam edir

Bakıda yeniyetmələr arasında boks üzrə beynəlxalq turnir davam edir

Bakı, 28 aprel, AZƏRTAC

Şağan Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan yeniyetmələr arasında boks üzrə beynəlxalq turnir davam edir.

AZƏRTAC xəbər verir ki, aprelin 28-də 52, 54, 57, 63, 66, 70, 75, 80 və 80 kiloqramdan yuxarı çəki dərəcələrində idmançılar rinqə çıxıblar.

On iki boksçumuzdan beşi – Polad Hüseynov, Niyaməddin Allahverdiyev (hər ikisi 52 kq), Orxan Həsənov (54 kq), Elton Məmmədov (57 kq) və Kənan İsmayılzadə (75 kq) keçirdikləri görüşlərdə qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.