CƏMİYYƏT


Bakıda yerləşən Kanada Viza Müraciət Mərkəzi fəaliyyətini bərpa edib

Bakı, 12 oktyabr, AZƏRTAC 

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi tərəfindən idarə olunan Kanada Viza Müraciət Mərkəzi fəaliyyətini davam etdirir

Nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Hökuməti sərt karantin tədbirlərini yumşaltdıqdan sonra BMqT-nin Azərbaycan Nümayəndəliyi BMT-nin ölkədəki İdarə Heyətinin mərhələli şəkildə işə qayıtmaq təlimatlarına uyğun olaraq bəzi fəaliyyətlərini bərpa edib. Hazırda fəaliyyətini bərpa edənlər arasında BMqT-nin VFS Global ilə tərəfdaşlıq çərçivəsində fəaliyyət göstərən və Azərbaycanda viza üçün müraciət edənlərə inzibati dəstək xidmətləri göstərmək səlahiyyəti olan Kanada Viza Müraciət Mərkəzinin (CVAC) ölkəmizdəki işçi heyəti də var.

Bakıda yerləşən Kanada Viza Müraciət Mərkəzinin qəbul saatları COVID-19 pandemiyası səbəbindən 08:30-dan 11:30-dək olacaq. Kanada Viza Müraciət Mərkəzi hazırda fəaliyyətini Yasamal rayonunun İzmir küçəsi 23 ünvanında (İzmir Plaza, üçüncü mərtəbə, “Hyatt Regency” oteli yaxınlığında) davam etdirir.

Qeyd edək ki, Kanadanın İmmiqrasiya və Vətəndaşlıq Nazirliyinin verdiyi qərara əsasən ərizəçilərin Kanada Viza Müraciət Mərkəzinə yaşayış vizaları üçün kağız müraciətinin qəbulu müvəqqəti dayandırılmışdı. Bu il oktyabrın 1-də qəbul edilmiş qərarla bu məhdudiyyət bəzi istisnalarla 2021-ci il yanvarın 31-dək uzadılıb. Bu istisnalarla tanış olmaq üçün Kanada Vətəndaşlıq və İmiqrasiya Nazirliyinin (IRCC) saytına daxil olmaq lazımdır.

Müvəqqəti yaşayış vizası üçün müraciətlər IRCC-nin internet-səhifəsindən (https://www.canada.ca/en/services/immigration-citizenship.html) onlayn (elektron) şəkildə təqdim edilməli, ərizəçilər biometrik qeydiyyatları üçün təlimat məktubları və vizanın götürülməsi üçün pasport tələb məktubları ilə birlikdə viza müraciət mərkəzinə yaxınlaşa bilərlər.

Viza müraciət mərkəzi ilə (+99412) 538–57-44 telefon nömrəsi və ya elektron poçt ([email protected]) vasitəsilə əlaqə saxlamaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.