İQTİSADİYYAT


Bakıda yerli və xarici startaplara öz layihələrini investorlara təqdim etmək fürsəti yaradılacaq

Bakı, 5 oktyabr, AZƏRTAC

Noyabrın 17-18-də Bakıda İslam Əməkdaşlığı Gənclər Forumu (ICYF) və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumu keçiriləcək.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, Forumun məqsədlərindən biri yerli və beynəlxalq təşkilatların, dövlət qurumlarının nümayəndələrinin, iş adamlarının, investorların, ekspert və startapların iştirakı ilə Azərbaycanda, Avrasiyada və İslam Əməkdaşlıq Təşkilatına (OIC) üzv ölkələrdə gənc sahibkarlara dəstək sahəsində yeni baxışın inkişaf etdirilməsi və startap ekosisteminin gücləndirilməsi yollarının müzakirə edilməsidir. Bu məqsədlə Forum çərçivəsində müxtəlif ölkələrdən olan startapların sərgisi keçiriləcək, yerli və xarici startaplara öz layihələrini investorlara təqdim etmək fürsəti yaradılacaq.

Startap sərgisinə iştirakçı qismində qatılmaq istəyən Azərbaycan startapları oktyabrın 20-dək müraciət edə bilərlər: https://bit.ly/3SUir8f

Sərgidə iştirak etmək istəyən yerli startaplar 18-35 yaş aralığında, ingilis dilində ünsiyyət qurmaq bacarığına malik olmalıdır.

Startap layihələrində qida və aqrar texnologiyalar, “yaşıl sənaye”, fintek, oyunlar və aplikasiyalar, ətraf mühit və bərpa olunan enerji, ağıllı texnologiyalar, aviasiya və kosmik texnologiya, logistika və “ağıllı şəhər”, robotexnika sahələri əhatə olunmalıdır.

Qeyd edək ki, yalnız startap layihəsi təşkilat komitəsi tərəfindən seçilən startaplarla əlaqə saxlanılacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.