CƏMİYYƏT


Bakıda yolların təmizlənməsi bütün gecə ərzində davam edəcək VİDEO

Bakı, 24 fevral, AZƏRTAC

Bu gün axşam və gecə saatlarında Bakı Şəhər İcra Hakimiyyətinin kommunal strukturları və aidiyyəti qurumlar intensiv yağan qarın küçə, prospekt və piyada səkilərindən təmizlənməsi üçün xüsusi, gücləndirilmiş iş rejimində çalışmışlar.

İcra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, şaxtalı hava şəraitində qarın təmizlənməsi və xüsusi təyinatlı texnika vasitəsilə yollara duz və kimyəvi maddələrin səpilməsi davam etdirilib.

Təmizləmə işləri mərkəzlə yanaşı, Bakıətrafı qəsəbə və yaşayış massivlərində də aparılıb.

Yolların təmizlənməsi və duz səpilməsi işləri bütün gecə ərzində davam edəcək, səhər saatlarında isə daha geniş şəkildə həyata keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.