ELM VƏ TƏHSİL


Bakıdakı 249 nömrəli məktəbin şagirdləri Neft-Kimya Prosesləri İnstitutunda olublar

Bakı, 29 noyabr, AZƏRTAC

Bakıdakı 249 nömrəli tam orta məktəbin bir qrup şagirdi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) olub, bu elm müəssisəsinin direktoru, akademik Vaqif Abbasovla görüşüblər.

NKPİ-dən AZƏRTAC-a bildirilib ki, görüşdə akademik Vaqif Abbasov elm və təhsilin vəhdətindən, institutun fəaliyyətindən, burada aparılan elmi-tədqiqat işlərindən, kimya elmində baş verən mühüm yeniliklərdən söz açıb, məktəblilərə bir sıra dəyərli tövsiyələr verib və onların suallarını cavablandırıb. Akademik bildirib ki, elm və təhsilin inteqrasiyası yüksək elmi biliyə malik kadrların yetişməsinə imkan yaradır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.