İQTİSADİYYAT


Bakıdakı 2 yaşayış massivinə təbii qaz verilib

Bakı, 23 yanvar, AZƏRTAC

Paytaxtdakı 2 yaşayış massivi təbii qazla təmin edilib.

“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, yanvarın 23-də Xəzər rayonunun Şüvəlan qəsəbəsi, Zirə-Pirallahı yolunun sol tərəfində yerləşən “Xəşəxuna” adlanan yeni massivə və Sabunçu rayonunun Ramana qəsəbəsi, D.Bünyadzadə küçəsi ilə "Şuşa şəhərciyi" adlandırılan əraziyə düşən yeni massivə təbii qazın verilişi təmin olunub. Qeyd edək hər iki massivdə ümumilikdə 328 abonentin fərdi yaşayış evinin qazlaşdırılması üçün müxtəlif diametrli 8378 metr metal və 6185 metr polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Hər bir evə fərdi tənzimləyici və qaz sayğacı quraşdırılıb.

Qeyd edək ki, Bakı şəhəri, ətraf kənd və qəsəbələrin genişlənən hissələrinin qazlaşdırılması 2019-cu ildə qəbul olunmuş dövlət proqramı əsasında icra olunur. Həmin proqramda 22 yeni yaşayış massivinin qazlaşdırılması əksini tapıb. Artıq yaşayış massivlərinin 16-da qaz açılışları baş tutub, digərlərinə isə yaz aylarına qədər “mavi yanacağın” verilişi təmin olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.