İQTİSADİYYAT


Bakıdakı 8 notariat kontorunda “Bank Technique”in şöbələri açılmışdır

Bakı, 23 aprel (AZƏRTAC). Notariat əməliyyatlarının icrası və alqı-satqı əməliyyatlarının sürətləndirilməsi məqsədilə Bakı şəhərində yerləşən daha 8 notariat kontoru nəzdində “Bank Technique” ASC-nin yeni şöbələri fəaliyyətə başlamışdır.

Bankdan AZƏRTAC-a bildirmişlər ki, Azərbaycanda yeganə olaraq “Bank Technique”in elektron köşkləri vasitəsilə paytaxt üzrə notariat kontorları və onların nəzdində fəaliyyət göstərən qurumun şöbələrində notariat rüsumlarını vaxt itkisinə məruz qalmadan, rahatlıqla ödəmək mümkündür.

Bank gələcəkdə regionlarda yerləşən notariat kontorlarında da bu təcrübəsini tətbiq etmək niyyətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.