CƏMİYYƏT


Bakıdakı Müqəddəs Məryəm Katolik Kilsəsində şəhidlərimizin anım mərasimi keçirilib

Bakı, 27 sentyabr, AZƏRTAC

Sentyabrın 27-də Bakıdakı Müqəddəs Məryəm Katolik Kilsəsində Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib. Mərasimdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanlarımızın xatirəsi yad edilib.

AZƏRTAC xəbər verir ki, Roma-Katolik kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Feketenin iştirakı ilə keçirilən mərasimdə dini ayinlər icra edilib, şəhidlərin ruhuna dualar oxunub.

Vladimir Fekete jurnalistlərə müsahibəsində bildirib ki, 27 sentyabr Azərbaycanda İkinci Qarabağ müharibəsi şəhidlərinin Anım Günü elan olunub. Bu müharibənin bütün qurbanları üçün xüsusi ibadət keçiririk. Müqəddəs Məryəm Kilsəsində şəhidlərimizin xatirəsinə xüsusi ayin mərasimi keçirilir. Qoy, oğullarını itirən anaların, ərlərini itirən qadınların acılarını, qazilərin yaralarını Rəbbimiz tez bir zamanda sağaltsın. Qoy, Ulu Tanrı azad edilən torpaqların tezliklə məskunlaşdırılmasında bizə yardımçı olsun. Bu torpaqları tərk etmək məcburiyyətində qalan yüz minlərlə insan doğma yurdlarına qayıtsın və uzun illər yaşamaqda davam etsinlər. Qoy, Uca Tanrı xalqımızın daha sıx birliyinə və rifahının yüksəlməsinə kömək etsin”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.