MƏDƏNİYYƏT


Bakıdakı Rus Evində “Matç” hərbi-idman dramı nümayiş etdiriləcək

Bakı, 5 avqust, AZƏRTAC

Avqustun 8-də Bakıdakı Rus Evində “Kino hamı üçün” layihəsi çərçivəsində “Matç” hərbi-idman dramı nümayiş etdiriləcək.

Rusiya İnformasiya Mədəniyyət Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, bu tarixi dramda 80 il bundan əvvəl faşistlər tərəfindən işğal edilmiş Kiyevdə keçirilmiş, sonralar “ölüm matçı” adı ilə məşhurlaşmış futbol matçından bəhs edilir.

1942-ci il avqustun 9-da sovet “Start” komandası Almaniyanın “Flakelf” komandası üzərində ikinci dəfə qələbə qazandı. 2012-ci ildə həmin matçla bağlı real hadisələrin motivləri əsasında çəkilmiş bədii filmdə baş rolun ifaçısı Sergey Bezrukov, filmin rejissoru Andrey Malyukovdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.