MƏDƏNİYYƏT


Bakıdakı Rus Evində “Matç” hərbi-idman dramı nümayiş olunub

Bakı, 9 avqust, AZƏRTAC

Bakıdakı Rus Evində “Kino hamı üçün” layihəsi çərçivəsində real hadisələr əsasında çəkilən “Matç” bədii filmi nümayiş etdirilib.

RİMM-dən AZƏRTAC-a verilən məlumata görə, filmin nümayişində Serbiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Milan Yovanoviç, diplomatik korpusun nümayəndələri, Azərbaycanın mədəniyyət xadimləri və digər şəxslər iştirak ediblər.

Qeyd edək ki, bu tarixi dramda 80 il bundan əvvəl faşistlər tərəfindən işğal edilən Kiyevdə keçirilmiş, sonralar “Ölüm matçı” adı ilə məşhurlaşmış futbol matçından bəhs edilir. 1942-ci il avqustun 9-da sovet “Start” komandası Almaniyanın “Flakelf” komandası üzərində ikinci dəfə qələbə qazandı. 2012-ci ildə həmin matçla bağlı real hadisələrin motivləri əsasında çəkilən bədii filmdə baş rolun ifaçısı Sergey Bezrukov, rejissoru isə Andrey Malyukovdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.