MƏDƏNİYYƏT


Bakıdakı Rus evində Qara Qarayevin yubileyi qeyd olunub

Bakı, 2 fevral, AZƏRTAC

Görkəmli Azərbaycan bəstəkarı, alim, pedaqoq, SSRİ Xalq artisti Qara Qarayevin 105 illiyi ilə əlaqədar Bakıdakı Rus evində Azərbaycan Dövlət Kamera Orkestrinin solistlərinin konserti olub.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) AZƏRTAC-a bildiriblər ki, tədbir Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin pianoçusu, Əməkdar artist Nərgiz Əliyeva tərəfindən təşkil olunub.

Bəstəkarın yaradıcılığını dəyərləndirənlərə onun dünya miqyasında tanınan sənətinin inciləri təqdim edilib.

Tədbirdə diplomatik korpusun, yaradıcı ziyalıların, biznes-strukturların təmsilçiləri, eləcə də Rusiyadan olan qonaqlar iştirak edib.

Görkəmli bəstəkar, müasir musiqi mədəniyyəti xəzinəsinə böyük töhfə verən Qara Qarayev müxtəlif janrlarda musiqilər - musiqi teatrı üçün əsərlər, simfonik və kamera-instrumental əsərləri, romanslar, kantatalar, uşaq pyesləri, xor, fortepiano, skripka üçün əsərlər yazıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.