MƏDƏNİYYƏT


Bakıdakı Rus evində Sergey Yeseninin yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Bakı, 5 oktyabr, AZƏRTAC

Bakıdakı Rus evində dahi rus şairi Sergey Yeseninə həsr olunmuş musiqili-bədii gecə təşkil olunub.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə şairin yaradıcılığının müxtəlif nəsillərdən olan pərəstişkarları iştirak ediblər. Bədii rəhbəri Larisa Tarusova olan “Günay” uşaq teatrının gənc artistləri təbiətə həsr olunmuş şeirlər ifa ediblər. Azərbaycan Mədəniyyət Fondu sədrinin birinci müavini, Əməkdar mədəniyyət işçisi Rafiq Kəşanlı da Yeseninin şeirlərini söyləyib. Tanınmış kinorejissor, Əməkdar incəsənət xadimi, Azərbaycanın Xalq artisti Oqtay Mirqasımov, rusiyalı şair, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Eldar Əhədov və gənc aktrisa Lalə Həsənova dahi şairin həyat və yaradıcılığından söhbət açıblar.

Tədbirdə Yesenin muzeyinin direktoru Natəvan Mustafayeva və Azərbaycanın rusdilli təhsil müəssisələrinin müəllimləri assosiasiyasının sədri Lyubov Yakunina da çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.