İQTİSADİYYAT


Bakıdakı avtobus və bəzi taksi sürücülərinin vahid geyimi olacaq

Bakı, 7 mart, AZƏRTAC

Bakıda fəaliyyət göstərən avtobus və bəzi taksi sürücülərinin vahid geyimi olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Qərarı ilə təsdiqlənən “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”də deyilir.

“Bakı şəhərinin inzibati ərazisində müntəzəm şəhərdaxili (qəsəbədaxili) sərnişin daşımalarını yerinə yetirən avtobusların və taksi minik avtomobillərinin sürücülərinə dair Tələblər”də bildirilir ki, sərnişin daşımalarında istismar edilən avtobusların sürücüləri və beynəlxalq hava limanında xidmət üçün istifadə olunan taksi minik avtomobillərinin sürücüləri vahid xüsusi geyim formasında olmalıdır. Digər taksi minik avtomobillərinin sürücüləri isə səliqəli geyimə malik olmalıdır.

Həmçinin taksi minik avtomobilləri ilə sərnişindaşıma xidməti göstərən hüquqi şəxslərin və ikidən artıq minik avtomobili olan fiziki şəxslərin öz sürücüləri üçün vahid geyim forması tətbiq edilə bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.