İDMAN


Bakıdakı gimnastika bazasında yüksək səviyyəli yarışlara hazırlaşmaq üçün hər cür şərait yaradılıb

Bakı, 15 fevral, AZƏRTAC

Qazaxıstanın batut gimnastikası və tamblinq üzrə komandasının üzvləri Bakıdakı Milli Gimnastika Arenasında təlim-məşq toplanışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Qazaxıstan idmançısı Pirməmməd Əliyev Bakıda səmimi qarşılanmalarından danışıb: “Gözəl, günəşli Bakıda təlim-məşq toplanışına, burada keçiriləcək dünya kubokundan əvvəl gəldik. Çox isti qarşılandıq. Azərbaycan gözəl insanların yaşadığı qonaqpərvər bir ölkədir. Təlim-məşq toplanışı əla keçdi, şərait gözəldir. Bakıdakı gimnastika bazası dünyanın ən yaxşı gimnastika bazalarındandır. Burada hər cür şərait yaradılıb, belə şəraitdə məşq edə və yarışlara hazırlaşa bildik”.

İdmançının sözlərinə görə, Qazaxıstanın batut gimnastikası və tamblinq üzrə komandasının dünya kubokundan öncə Bakıda təlim-məşq toplanışına gəlməsinin bir sıra müsbət məqamları var: “Mühitə, yerli avadanlıqlara uyğunlaşırıq. Yarışdan xeyli əvvəl təlim-məşq toplanışlarına gəlmək daha yaxşıdır. Dünya kubokunda əsas hədəfimiz finala çıxmaq və Tokioda keçiriləcək Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün daha çox xal qazanmaqdır. Buna görə qızıl medal üçün bütün gücümüzlə mübarizə aparacağıq”.

P.Əliyev əlavə edib ki, Azərbaycanda perspektivli idmançı gənclər var.

Qeyd edək ki, batut gimnastikası və tamblinq üzrə dünya kuboku fevralın 15-16-da Milli Gimnastika Arenasında təşkil olunacaq. Otuz ölkədən 150-dək gimnastının mübarizə apacağı turnir Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarış olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.