İQTİSADİYYAT


Bakıdakı hansı dayanacaq məntəqələrində pavilyon quraşdırılmaya bilər?

Bakı, 9 mart, AZƏRTAC

Bakıda dayanacaq məntəqələrində pavilyonların qoyulmaması qaydaları təsdiq olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Qərarı ilə təsdiqlənən “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”də deyilir.

“Bakı şəhərinin inzibati ərazisində yerləşən avtobus dayanacaq məntəqələrinə və taksi duracaq yerlərinə dair Tələblər”də bildirilir ki, dayanacaq məntəqəsində səkinin eni 2 metrdən az olarsa və gün ərzində 20 sərnişindən az minib-düşmə həyata keçirilərsə, həmin məntəqədə pavilyonun qoyulmamasına yol verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.