Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Bakıdan İsmayıllının ucqar kəndinə üz tutan fransız dili müəllimi REPORTAJ VİDEO

İsmayıllı, 14 mart, Rəşad Türkoğlu, AZƏRTAC

Dan yeri sökülmədən, sükutun pozulması ilə Qumral xanımın yuxudan oyanmasına səbəb iş yerinə vaxtında çatmaq istəyidir. O, İsmayıllının şəhər mərkəzindən xeyli aralıda yerləşən Mollaisaqlı kəndində yaşayır. Bakı şəhər sakini Qumral Məmmədli ötən ilin payızında şagirdlərə fransız dilini öyrətmək üçün paytaxtdan buraya üz tutub.

AZƏRTAC xəbər verir ki, Bakı Dövlət Universitetinin Filologiya fakültəsində xarici dil müəllimliyi (fransız dili) ixtisası üzrə bakalavr, Azərbaycan Dillər Universitetində magistratura təhsili almış Qumral Məmmədli pedaqoji fəaliyyətinə Bakıda başlasa da, sonra ucqar kənddə işləmək qərarına gəlib. Həftədə iki gün olmaqla, səhər saatlarında kəndin dolaylı küçələrindən keçərək Mollaisaqlı kənd tam orta məktəbinə gələn müəllimə sinfə daxil olanda şagirdlərini fransız dilində salamlayır.

“Peşəsinin müqəddəsliyini anlayan müəllim üçün harada dərs deməyin önəmi yoxdur. Yetər ki, onun biliyindən kimsə faydalansın. Ucqar kənd məktəblərindən birini seçmək istəyimi valideynlərim bir qədər təəccüblə qarşılasalar da, buna etiraz etmədilər, əkinsə, mənə dəstək oldular. Bu qərarı özüm versəm də, sonrakı proseslərin necə olacağını bilmirdim. Şəhərdən kənd mühitinə düşmək bir az çətin görünürdü. Lakin indi düşünürəm ki, bu işin öhdəsindən gələ bildim, istər kollektivin, istər rəhbərliyin, istər şagirdlərin, eləcə də kənd camaatının sevgisini qazanmışam. Mən də bu sevgini onlara qaytarmağa çalışıram”, - deyə Qumral Məmmədli bildirir.

İşini və şagirdlərini sevən müəllimə sinifdə dərslərini həvəslə və bir qədər fərqli üsulla keçirir. Deyir ki, şəhər məktəbindən gəlib əyalətdə işləməkdə məqsədi uşaqlara stimul vermək, onlarda elmə və təhsilə maraq oyatmaqdır: “Düşünürəm ki, bunun öhdəsindən gəlirəm, artıq uşaqlarda o stimulu görürəm. Adətən, kənd yerlərində uşaqlar rayon mərkəzinə, şəhər müəllimlərinin yanına üz tuturlar. Amma mənim məqsədim şəhər müəlliminin kənd məktəbi şagirdlərinin yanına gəlməsi, onlara təhsil verməsidir. Ona görə də buradayam, əlimdən gələni edirəm ki, ucqar kənddə olan şagirdlər istəklərinə çata bilsinlər”.

Peşəsinin vurğunu olan qəhrəmanımız dərsdən sonra kənddə qaldığı evə üz tutur. Paytaxtda doğulub boya-başa çatsa da, kənd həyatına uyğunlaşdığını deyən Qumral xanım, təsərrüfat işlərindən də çəkinmir.

Günün ikinci yarısında Qumral müəllimə məktəbdən əlavə hazırlaşmaq üçün onun yanına üz tutan şagirdlərə vaxtını ayırır və bu işi təmənnasız edir: “Mən bu missiyanı ona görə üzərimə götürdüm ki, burada uşaqların fransız dilinə, elmə çox böyük marağı var idi. Bildiyimiz kimi, kənd yerlərində müəllim yanına getmək o qədər də əlçatan deyil. Mən özüm onlara təklif etdim ki, istəsəniz dərsdən sonra biz bir müddət fransız dili ilə məşğul ola bilərik. Təbii ki, bu, bir növ ənənə formasında davam edir. Vaxtilə mənə də kömək edən müəllimlərim olub”.

Mollaisaqlı kənd tam orta məktəbinin X sinif şagirdi Leyla Qasımlı deyir ki, Qumral müəllimə onlar üçün yad deyil, dost-doğma kimidir, səmimidir.

Digər məktəbli Aysel Gidayevanın sözlərinə görə, Qumral müəlliməni tanıdıqdan sonra şagirdlərdə bu peşəyə sevgi daha da artıb.

Məktəblilərlə hazırlıq prosesi axşam saatlarına qədər davam edir. Bununla da gününə yekun vuran Qumral Məmmədli növbəti gün dan yeri sökülmədən, sükutun pozulması ilə oyanmaq üçün otağına çəkilir. Şagirdlərin ikinci evi olan məktəbdə uşaqların doğmasına çevrilən müəllimləri onlara səbirlə elm öyrətməklə yanaşı, mənəvi zənginliyi də aşılayır. Müəllimlik elə bir peşədir ki, onun əməyinin qarşılığını heç cür ödəmək mümkün deyil. Müəllimin əməyinin qarşılığı yalnız sevgidir. Bu sevgi isə heç vaxt azalmır, əksinə, çətin həyat yollarında biz onların dəyərini daha yaxşı anlamağa başlayırıq.

Bakıdan İsmayıllının ucqar kəndinə üz tutan fransız dili müəllimi  REPORTAJ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq VİDEO

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK