REGİONLAR


Bakıdan yola çıxan sərnişin avtobusu Füzuliyə çatıb

Füzuli, 25 iyun, A.Yavərzadə, AZƏRTAC

Bakı-Füzuli-Bakı marşrutu üzrə bu gün səhər yola çıxan sərnişin avtobusu Füzuliyə çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən iyunun 25-də Bakı-Füzuli-Bakı şəhərlərarası avtobus marşrutu istifadəyə verilib. Artıq marşrut üzrə ilk avtobus erməni işğalından azad olunan Füzuliyə çatıb.

Sərnişinlər - Füzuli sakinləri rayonun Merdinli kəndi, Füzuli şəhər mərkəzi, Füzuli Beynəlxalq Hava Limanı, İbə piri, Qaraməmmədli bulağı, Qarğabazar karvansaray kompleksi və Dövlətyarlı kəndində olacaqlar.

Qeyd edək k, sərnişin avtobusu Bakı-Füzuli-Bakı marşrutu üzrə hər həftənin şənbə günü yola çıxacaq. Avtobus Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən müşayiət olunacaq. Sürücülər ANAMA-da xüsusi kurs keçiblər.

Biletlər Ağdam və Şuşa avtobus reyslərində olduğu kimi, “https://yolumuzqarabaga.az/” portalı vasitəsilə yalnız onlayn satılır. Sərnişinlər öncədən hər iki tərəfə bilet almalıdırlar. Çünki eyni gündə də geri dönəcəklər.

Avtobus 59 sərnişin tutumuna malikdir. Biletin qiyməti (gediş-gəliş) 19 manat 40 qəpikdir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.