CƏMİYYƏT


Bakılı Roman Simanduyev Rusiya Prezidenti yanında Başkortostanın səlahiyyətli nümayəndəsi vəzifəsinin icraçısı təyin edilib

Moskva, 12 yanvar, AZƏRTAC

Bakılı Roman Simanduyev Rusiya Prezidenti yanında Başkortostanın səlahiyyətli nümayəndəsi vəzifəsinin icraçısı – respublika baş nazirinin müavini təyin edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə fərmanı regionun rəhbəri səlahiyyətlərini icra edən Radi Xabirov imzalayıb.

R.Simanduyev bu vəzifədə digər həmvətənimizi – Başkortostan rəhbərinin sənaye və yanacaq-energetika kompleksi məsələləri üzrə müşaviri təyin olunmuş Fərhad Səmədovu əvəz edib.

Roman Simanduyev 1964-cü ildə Bakıda doğulub. Moskva Toxuculuq İnstitutunu və Moskva Hüquq İnstitutunu bitirib. 2005-2017-ci illərdə RF Prezidentinin daxili siyasət idarəsinin referenti olub.

Fərhad Səmədov 1959-cu ildə Gürcüstanın Qardabani rayonunda doğulub. V.V.Kuybışev adına Moskva Mühəndis-İnşaat İnstitutunu bitirib. Əmək fəaliyyətinə Azərbaycanda başlayıb. 2003-cü ildə Başkortostana köçüb, “Başneft” şirkətinin neft-kimya departamentinin direktoru, “Birləşmiş Neft Kimya şirkəti” səhmdar cəmiyyətinin prezidenti olub.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.