REGİONLAR


Bakılı məktəbli: Qədim Naxçıvan diyarında olmağı çoxdandır arzulayırdım

Naxçıvan, 16 mart, AZƏRTAC

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Naxçıvana gələcəyimi eşidəndə çox sevindim. Çünki qədim Naxçıvan diyarında olmağı çoxdandır arzulayırdım.

Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Yasamal rayonundakı Akademik Zərifə Əliyeva adına Liseyin 10-cu sinif şagirdi Leyla Hüseynova qeyd edib.

O bildirib ki, bu il Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95-ci ildönümünün tamam olduğunu mətbuatdan öyrənib. Belə əlamətdar bir ildə muxtar respublika ilə tanış olmaq insana ikiqat sevinc bəxş edir.

Leyla Hüseynova deyib: Buradakı tarixi və mədəni abidələri ziyarət etdik və Naxçıvanın qədim tarixə malik bir diyar olduğunu əyani şəkildə gördük. Naxçıvan şəhərindəki, Ordubad və Culfa rayonlarının ərazisindəki tarixi abidələrlə tanışlıq zamanı xalqımızın qədim keçmişi barədə ətraflı məlumat əldə etdik. Gülüstan türbəsi və Əlincəqala abidəsi haqqında indiyədək bilmədiyim çox şeyi öyrəndim. Bütün şagirdlər adından tur-aksiyanın təşkilatçılarına minnətdarlığımı bildirirəm.

Naxçıvanın çox gözəl, abad və təmiz bir diyar olduğunu vurğulayan bakılı məktəbli qeyd edib ki, muxtar respublikanın füsunkar təbiəti, müasir şəhər və kəndləri gəzməyə-görməyə dəyər. Bura Azərbaycanın cənnət guşəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.