İQTİSADİYYAT


Bakının 3 qəsəbəsinin bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Bakının 3 qəsəbəsinin bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Bakı, 20 sentyabr, AZƏRTAC

Bakının 3 qəsəbəsinin bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Bakıətrafı qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə magistral su xətlərində yenidənqurma işlərinin aparılması ilə əlaqədar sentyabrın 21-də gün ərzində Biləcəri, Binəqədi və Masazır qəsəbələrinin bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.