Bakının Həsən Əliyev küçəsində təmir işləri davam edir
AzerTAg.az
Bakı, 2 iyul (AZƏRTAC). Paytaxtın Həsən Əliyev küçəsinin təmiri davam edir.
“Azəryolservis” ASC-dən AZƏRTAC-a bildirmişlər ki, Həsən Əliyev küçəsinin Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməsindən Azər Əliyev küçəsi ilə kəsişməsinədək olan hissəsində yolun asfalt-beton örtüyünün yenilənməsi işləri başa çatmış və burada nəqliyyat vasitələrinin hərəkəti bərpa olunmuşdur.
Bu axşam saat 23-dən etibarən Həsən Əliyev küçəsinin Azər Əliyev küçəsi ilə kəsişməsindən Tbilisi prospekti ilə kəsişməsinədək olan hissəsində asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaqdır.
Sürücülərə alternativ olaraq Hənifə Ələsgərov və Abbasqulu Ağa Bakıxanov küçələrindən istifadə etmələri tövsiyə olunur. Təmir işlərinin bir həftə davam edəcəyi planlaşdırılır.
Xəbərin mətnində orfoqrafik səhv var