İDMAN


Bakının “İnter” futbol klubu Türkiyədə keçirilən mini-turnirin qalibi olmuşdur

Bakı, 4 fevral (AZƏRTAC). Bakının “İnter” futbol klubunun Türkiyədə təlim-məşq toplanışını davam edir.

Klubdan AZƏRTAC-a bildirmişlər ki, “İnter” toplanış çərçivəsində Ukraynanın “Volın” və Avstriyanın “Şturm” komandalarının iştirakı ilə keçirilən mini-turnirin qalibi olmuşdur.

“İnter” Ukrayna komandasıyla sülh bağlamış (0:0), “Şturm”a isə 2:1 hesabı ilə qalib gəlmişdir. “Volın”-“Şturm” qarşılaşmasında Avstriya komandasının 2:1 hesablı qələbəsi “İnter”ə turniri ilk sırada başa vurmağa imkan yaratmışdır.

“İnter” fevralın 4-də növbəti yoxlama oyununa çıxacaqdır. Komandamızın rəqibi Qazaxıstan təmsilçisi “Jetisu” olacaqdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.