İDMAN


Bakının “Neftçi” klubu Konqo millisinin futbolçusu ilə müqavilə imzalayıb

Bakı, 11 sentyabr, AZƏRTAC

Bakının “Neftçi” klubu hücumçu transferini rəsmiləşdirib.

AZƏRTAC kluba istinadla xəbər verir ki, Konqo milli komandasının üzvü Prins İbara ilə birillik müqavilə imzalanıb. Belçikanın “Birşot” klubuna məxsus olan 24 yaşlı futbolçu mövsümün sonunadək icarə əsasında komandamızın heyətində çıxış edəcək. O, 13 nömrəli formanı geyinəcək.

Prins İbara Konqonun ACNFF, Qabonun "Pelikan”, Tunisin “Bizerten”, Qətərin “Əl-Vakra” və Əlcəzairin “USM Əlcəzair” klublarında çıxış edib və 2019-cu ildə Əlcəzair çempionu olub. İbara Konqo milli komandasının heyətində 11 oyun keçirib, 3 qol vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.