İDMAN


Bakının “Neftçi” klubu Litva çempionunu heyətinə qatıb

Bakı, 8 dekabr, AZƏRTAC

Bakının “Neftçi” futbol klubu daha bir transfer həyata keçirib.

AZƏRTAC kluba istinadla xəbər verir ki, seneqallı futbolçu Mamadu Mbodj ilə 2,5 illik müqavilə bağlanıb. İyirmi beş yaşlı mərkəz müdafiəçisi “Neftçi”nin heyətində 3 nömrəli formanı geyinəcək.

Sonuncu klubu “Jalgiris” (Litva, 2016-2018-ci illər) olan Mbodj “Dakar Sakre Kour” (Seneqal), “Srvena Zvezda” və “Napredak” (hər ikisi Serbiya) komandalarında da çıxış edib. “Jalgiris”lə Litva çempionatının, kubokunun və Superkubokunun qalibi olan futbolçu Seneqalın U-20 və U-23 milli komandalarının da şərəfini qoruyub.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakı təmsilçisi qvineyalı mərkəz yarımmüdafiəçisi Mamadu Kane ilə 3 illik müqavilə bağlamışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.