İDMAN


Bakının “Neftçi” klubu Türkiyədə üç yoxlama oyunu keçirəcək

Bakı, 29 iyun, AZƏRTAC

Bakının “Neftçi” futbol klubu 2022/2023-cü il mövsümünə hazırlığın ikinci mərhələsini Türkiyədə keçirəcək.

AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, taktiki və texniki çalışmalardan ibarət olacaq bu mərhələ iyulun 1-dən 15-dək Bolu bölgəsində təşkil olunacaq.

İyulun 1-də səfərə yollanacaq komanda üzvləri “The Sign Esentepe Hotel & Ski Center” hotelində məskunlaşacaqlar. Bakı təmsilçisi orada 3 yoxlama görüşü keçirməyi planlaşdırır.

Toplanışın fiziki hazırlığa həsr olunan ilk mərhələsinə iyunun 17-də başlayan paytaxt təmsilçisi məşqləri “Türk Hava Yolları Futbol Mərkəzi”ndə davam etdirir.

Qeyd edək ki, “Neftçi” UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində Kiprin “Aris” klubu ilə qarşılaşacaq. İlk oyun iyulun 21-də səfərdə olacaq. “AEK Arena”dakı görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Cavab matçı 1 həftə sonra Bakıda baş tutacaq. “Bakcell Arena”dakı qarşılaşma saat 21:00-da start götürəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.