İDMAN


Bakının “Neftçi” klubu təlim-məşq toplanışının ikinci mərhələsinə start verib

Bakı, 12 yanvar, AZƏRTAC

Bakının “Neftçi” futbol klubu təlim-məşq toplanışının ikinci mərhələsinə start verib.

AZƏRTAC kluba istinadla xəbər verir ki, Antalyadakı əlverişsiz hava şəraiti səbəbindən ilk məşq trenajor zalında baş tutub və müxtəlif fiziki təmrinlər yerinə yetirilib.

Hazırlıq axşam məşqi ilə davam edib.

Qeyd edək ki, Manavqat bölgəsindəki “The Sense De Luxe” otelində məskunlaşan komanda qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. “Neftçi” yanvarın 14-də Macarıstanın “Kişvarda”, ayın 19-da Polşanın “Visla” (Plotsk) klubu ilə qarşılaşacaq. Yanvarın 24-dəki rəqib hələ müəyyənləşməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.