İQTİSADİYYAT
Bakının Nizami rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq
Bakı, 20 noyabr, AZƏRTAC
Bakının Nizami rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, “Azəristiliktəchizat” ASC-yə məxsus qazanxananı təbii qazla təmin edən diametri 159 millimetrlik orta təzyiqli qaz xətti üzərində quraşdırılmış siyirtmənin yenisi ilə əvəzlənməsi zərurəti ilə əlaqədar noyabrın 21-də saat 10:00-dan işlər yekunlaşanadək Nizami rayonunun Qara Qarayev, E.Süleymanov, B.Nuriyev, Naxçıvanski, Rüstəmov, A.Manafov və Nəvai küçələrinin bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.