İDMAN


Bakının “Sabah” klubu Kipr komandası ilə yoxlama oyununda məğlub olub

Bakı, 31 iyul, AZƏRTAC

Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışını davam etdirən Bakının “Sabah” futbol klubu hazırlıq çərçivəsində sonuncu yoxlama oyununa çıxıb.

AZƏRTAC xəbər verir ki, komanda Kiprin Yüksək Liqa təmsilçisi “Nea Salamina” klubu ilə qarşılaşıb. Görüş “Nea Salamina”nın 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Sabah"ın yeganə qolunu isə Bəxtiyar Həsnəlizadə vurub.

Qeyd edək ki, iyulun 17-dən Banskoda təlim-məşq toplanışında olan “Sabah” hazırlıq çərçivəsində İsrailin “Hapoel Hadera” (0:1) və Kiprin “Akritas Xlorakas” (2:3) klubları ilə qarşılaşıb. Bolqarıstan toplanışına iyulun 31-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.