İDMAN
Bakının "İnter" komandası UEFA Avropa Liqasında səfərdə Lüksemburqun "Fola" klubunun qonağıdır
Bakı, 20 iyul, AZƏRTAC
Bakının "İnter" klubu futbol üzrə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində cavab oyununa çıxıb.
AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisi “Emil Mayriş” stadionunda Lüksemburqun "Fola" klubu ilə qarşılaşır.
"İnter"ın start heyətində Səlahət Ağayev, Denis Silva, Slavik Alxasov, Mirsahib Abbasov, Nizami Hacıyev, Elnur Abdullayev, Rauf Əliyev, İlkin Qırtımov, Fuad Bayramov, Adrian Skarlatake, Tərlan Quliyev yer alıblar.
“Fola”nın ilk on birliyində Tomas Him, Veldin Muharremoviç, Yakob Dallevedove, Samir Haci, Miçel Beçold, Enis Saiti, Tom Laterza, Mehdi Kirç, Yulian Klayn, Peter Çarpan Ken Korral meydana çıxıblar.
Matçı litvalı hakimlər briqadası idarə edir. Oyunun baş hakimi Donatas Rumsasdır.
Komandalar arasında Bakıda təşkil olunan ilk görüşdə “İnter” 1:0 hesabı ilə qalib gəlib.