İQTİSADİYYAT


Bakının bəzi ərazilərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakı, 12 mart, AZƏRTAC

Aparılan təmir-tikinti işləri ilə əlaqədar martın 12-dən 13-nə keçən gecədən etibarən 14-ü axşam saatlarınadək Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi ilə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, sözügedən küçəyə avtonəqliyyat vasitələrinin daxil olması Binəqədi şosesi və Azadlıq prospekti ilə kəsişmədən məhdudlaşdırılmaqla alternativ olaraq Binəqədi-Biləcəri avtomobil yoluna yönəldiləcək.

Ordubadi küçəsinə digər istiqamətdən məhdudlaşma Yəhya Hüseynov küçəsi ilə kəsişmədə yerləşən dairədən tətbiq ediləcək. Həmin ərazidə yaşayan vətəndaşların avtonəqliyyat vasitələrindən başqa digər avtomobillər alternativ olaraq Asəf Zeynallı küçəsi vasitəsilə Biləcəri-Binəqədi yoluna yönəldiləcək. Sadalanan ərazilərdə nəqliyyat sıxlığının yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.