İQTİSADİYYAT


Bakının bəzi küçə və prospektlərində təmir-tikinti işləri həyata keçirilir

Bakı, 14 iyul, AZƏRTAC

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində Bakı şəhərinin küçə və prospektlərində kompleks tədbirlər həyata keçirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, tədbirlər çərçivəsində hazırda bir-neçə ünvanda təmir-tikinti işləri aparılır. Bununla əlaqədar olaraq Bakı-Sumqayıt yolunda Xırdalan dairəsindən üzü şəhər istiqamətində, Ukrayna dairəsində və Ziya Bünyadov prospektində 20 Yanvar dairəsi istiqamətində hərəkət qismən məhdudlaşdırılıb.

Təmir işləri sözügedən istiqamətlərdə hissə-hissə aparılır. İşlərin qrafikə uyğun vaxtında başa çatdırılması nəzərdə tutulub.

Yaranan müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Sıxlığın yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Dövlət agentliyi olaraq vətəndaşların narahatlığını minimuma endirmək üçün bundan sonra yollarda hərəkətin məhdudlaşdırılmasına səbəb olacaq təmir işlərinin (istisna hallar nəzərə alınmaqla) əsasən gecə saat 23:00-dan səhər saatlarınadək aparılması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.