İQTİSADİYYAT


Bakının bir neçə qəsəbəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Bakı, 31 oktyabr, AZƏRTAC

Bakının bir neçə qəsəbəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar oktyabrın 31-də gün ərzində Bakının Qaradağ rayonunun bir hissəsinə (Səngəçal, Ümid, Sahil, Puta, Korgöz və Lökbatan qəsəbələrinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.