İQTİSADİYYAT
Bakının bir sıra yollarında tıxac yaranıb
Bakı, 19 may, AZƏRTAC
Bakının bir sıra yollarında tıxac yaranıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Hazırda yollardakı vəziyyət belədir:
1. Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində;
2. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar" stansiyası istiqamətində;
3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
4. "20 Yanvar" dairəsində;
5. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;
6. Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində;
7. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
8. 28 May və Dilarə Əliyeva küçələri, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
9. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
10. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;
11. Binəqədi şosesi, metronun "Azadlıq Prospekti" stansiyası istiqamətində;
12. Babək prospekti, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.